← Varg Tec

Məxfilik Siyasəti — HALQA

Qüvvəyə minmə tarixi: 20 avqust 2026

Bu siyasət Varg Tec tərəfindən hazırlanmış HALQA adlı Android oyununa aiddir.

Topladığımız məlumatlar

Oyunun özü sizdən heç bir şəxsi məlumat toplamır. Adınızı, e-poçtunuzu, telefon nömrənizi və ya yerinizi soruşmuruq. Oyunun serveri yoxdur və heç bir məlumat bizə göndərilmir.

Oyun telefonunuzdan heç bir icazə (kamera, mikrofon, kontaktlar, yer, yaddaş) tələb etmir.

Telefonunuzda saxlanılan məlumat

Rekordunuz, cəhd sayınız, kisənizdəki xal, aldığınız görünüşlər, dil və səs seçiminiz yalnız telefonunuzun öz yaddaşında saxlanılır. Bu məlumat heç yerə göndərilmir. Oyunu silsəniz, həmin məlumat da silinir.

Reklamlar

Oyunda Google AdMob vasitəsilə iki cür reklam göstərilir:

  • Mükafatlı video — yalnız siz «Davam et» və ya «Xalı ikiqat et» düyməsinə toxunduğunuz zaman açılır. Tamamilə könüllüdür; baxmasanız oyun eyni qaydada davam edir.
  • Keçidli reklam — «Yenidən» düyməsinə basandan sonra, turlar arasında öz-özünə açıla bilər. Oyunun gedişini kəsmir və nadir hallarda göstərilir: ilk oyunlarda ümumiyyətlə çıxmır, rekord qırılan turdan sonra çıxmır, qısa turdan sonra çıxmır, iki reklam arasında ən azı bir neçə dəqiqə fasilə olur.

AdMob reklamları göstərmək və ölçmək üçün müəyyən texniki məlumatları toplaya bilər: reklam identifikatoru, cihazın növü və əməliyyat sistemi, IP ünvanına əsaslanan təxmini yer, reklamla qarşılıqlı əlaqə. Biz bu məlumatları görmürük və saxlamırıq.

Google-un bu məlumatlarla necə davrandığını burada oxuya bilərsiniz:
policies.google.com/privacy
policies.google.com/technologies/partner-sites

Reklam identifikatorunu sıfırlamaq

Telefonunuzun parametrlərindən reklam identifikatorunuzu istənilən vaxt sıfırlaya və ya fərdiləşdirilmiş reklamları söndürə bilərsiniz: Parametrlər → Google → Reklamlar

Avropa İqtisadi Zonası istifadəçiləri

Avropa İqtisadi Zonasında, Böyük Britaniyada və İsveçrədə yaşayırsınızsa, fərdiləşdirilmiş reklamlar üçün razılığınız soruşulur. Razılığınızı istənilən vaxt geri götürə bilərsiniz: oyunun başlanğıc ekranındakı «məxfilik seçimləri» sətrinə toxunun.

Uşaqlar

Oyun uşaqlara ünvanlanmayıb və 13 yaşdan kiçik uşaqlardan bilərəkdən heç bir məlumat toplamırıq.

Dəyişikliklər

Bu siyasət yenilənə bilər. Yenilənmə olarsa, yuxarıdakı tarix dəyişəcək.

Əlaqə

Sualınız olarsa: supportvargtec@gmail.com